Məqsədimiz özəl tibbi fəaliyyət göstərmək istəyən sahibkarlar və tibb müəssisələri üçün qanunvericiliyə, tibbi standartlara və beynəlxalq tələblərə tam uyğun, təhlükəsiz və dayanıqlı iş mühiti yaratmaqdır.
Biz tibbi müəssisənin qurulması prosesini — layihələndirmədən lisenziyanın alınmasına, avadanlıq təchizatından idarəetmə sistemlərinin qurulmasına qədər — vahid mərkəzdən, peşəkar şəkildə və minimum zaman itkisi ilə həyata keçirməyi hədəfləyirik.
Əsas məqsədimiz:
- Sahibkarların tibbi sektorun kompleks tələbləri ilə üzləşmədən rahat şəkildə klinika açmasını təmin etmək;
- Lisenziya və sənədləşmə prosesində yaranan səhv və gecikmələrdən doğan maliyyə itkilərinin qarşısını almaq;
- Klinikaların təhlükəsiz, sistemli və yüksək standartlarda fəaliyyət göstərməsinə şərait yaratmaq;
- Tibbi xidmətlərin keyfiyyətini artırmaqla cəmiyyətin sağlamlıq sektoruna olan inamını gücləndirmək.
Bizim üçün əsas olan — düzgün planlanan, tam standartlara cavab verən, uzunmüddətli və dayanıqlı tibbi biznes modelinin qurulmasıdır.