Şirkətimiz özəl tibbi fəaliyyət göstərmək istəyən fiziki və hüquqi şəxslərə kompleks şəkildə tibbi lisenziyaların alınması, layihələndirmə, təmir-tikinti nəzarəti, tibbi avadanlıqların təşkili və idarəetmə sistemlərinin qurulması üzrə peşəkar xidmətlər təqdim edir.
Məqsədimiz özəl tibbi fəaliyyət göstərmək istəyən sahibkarlar və tibb müəssisələri üçün qanunvericiliyə, tibbi standartlara və beynəlxalq tələblərə tam uyğun, təhlükəsiz və dayanıqlı iş mühiti yaratmaqdır.