Şirkətimiz özəl tibbi fəaliyyət göstərmək istəyən fiziki və hüquqi şəxslərə kompleks şəkildə tibbi lisenziyaların alınması, layihələndirmə, təmir-tikinti nəzarəti, tibbi avadanlıqların təşkili və idarəetmə sistemlərinin qurulması üzrə peşəkar xidmətlər təqdim edir.
Məqsədimiz tibbi müəssisələrin qurulması prosesini sahibkarlar üçün stresssiz, vaxt itkisiz və maliyyə baxımından səmərəli şəkildə təşkil etməkdir. Bunun üçün bütün mərhələləri beynəlxalq tələblər, Azərbaycan Respublikasının qanunvericiliyi və tibbi standartlara uyğun şəkildə icra edirik.
Biz fəaliyyətimizi tibb sahəsində olan real problemlərdən— sənədləşmə prosesinin çətinliyi, işin gecikməsi, standart uyğunsuzluğu və sistemsizlikdən yaranan maliyyə itkiləri — çıxış edərək qurmuşuq.
Peşəkar komandamız özəl tibb müəssisəsi açmaq istəyən sahibkarları ideyadan hazır klinikaya qədər bütün proses boyunca müşayiət edir.
Missiyamız
- Özəl tibb müəssisələrinin leqal, təhlükəsiz və standartlara uyğun fəaliyyətini təmin etmək
- Sahibkara vaxt və maliyyə itkisi olmadan hazır sistem təqdim etmək
- Səhiyyə sektorunda şəffaf və etibarlı biznes mühitinin formalaşmasına töhfə vermək
Dəyərlərimiz
- Elmi və normativ əsaslara uyğunluq
- Peşəkarlıq və məsuliyyət
- Dəqiqlik və şəffaflıq
- Müştəri məmnuniyyəti və uzunmüddətli əməkdaşlıq
Bizimlə əməkdaşlıq etdikdə bütün proses — layihə, təmir, avadanlıq, sənədləşmə, lisenziya və idarəetmə sistemi — vahid mərkəzdən idarə olunur. Siz yalnız klinikanın harada olacağını deyirsiniz, qalan hər şeyi biz təşkil edirik.