Məqalələr

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydasında dəyişiklik edilib

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydasında dəyişiklik edilib

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydasında dəyişiklik edilib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Tarif Şurası Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin də rəyini almalı olacaq.

Xatırladaq ki, bu günə qədər İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in rəyləri alınırdı.

 
Zəmanətli Lisenziya Prosesi
Yanlış sənəd və gecikmə riski olmadan
 
Dəqiq Layihə və Təmir Nəzarəti
Klinikanız üçün standartlara uyğun planlama
 
7/24 Dəstək
Bütün mərhələlər barədə operativ məlumat

Haqqımızda

Şirkətimiz özəl tibbi fəaliyyət göstərmək istəyən fiziki və hüquqi şəxslərə kompleks şəkildə tibbi lisenziyaların alınması, layihələndirmə, təmir-tikinti nəzarəti, tibbi avadanlıqların təşkili və idarəetmə sistemlərinin qurulması üzrə peşəkar xidmətlər təqdim edir. Məqsədimiz tibbi müəssisələrin qurulması prosesini sahibkarlar üçün stresssiz, vaxt itkisiz və maliyyə baxımından səmərəli şəkildə təşkil etməkdir. Bunun üçün bütün mərhələləri beynəlxalq tələblər, Azərbaycan Respublikasının qanunvericiliyi və tibbi standartlara uyğun şəkildə icra edirik.

Daha Ətraflı

Əlaqə